EN

Medvedevdən miqrantlara XƏBƏRDARLIQ: “Ölkəmizi tərk etməlidirlər” – VİDEO

“Miqrant ailələrin üzvləri Rusiya ərazisində qalmamalıdırlar”. 

Bizim.Media “qazeta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dövlət miqrasiya siyasəti ilə bağlı iclasda deyib.
 

“Hər kəs bunu xatırlamalıdır. Üstəlik, əgər kimsə ölkəmizin ərazisindədirsə və işləmirsə, oxumursa, o zaman həmin şəxslər ölkəmizi tərk etməlidir”, - deyə sədr müavini bildirib.


Medvedevin sözlərinə görə, miqrant ailələrinin ölkədə qalma məsələsi xüsusi nəzarətdə olmalıdır.

Həmçinin görüş zamanı Medvedev bildirib ki, Rusiyada ekstremizmin yayılmasına zəmin yaradan etnik anklavların yaranmasının qarşısını almaq lazımdır. 

Xatırladaq ki, sentyabrda Medvedev miqrantların yalnız mövsümi iş üçün gəldikləri təqdirdə ailələrini Rusiyaya gətirmələrini qadağan etməyi təklif etmişdi.


Bizim.Media

Chosen
10
50
bizim.media

10Sources