EN

Azyaşlı qızı hamilə qoydu, qardaşını isə... - Bakıdakı iyrənc cinayətin təfərrüatı

Bakıda bacı-qardaşa qarşı təcavüz etməkdə təqsirləndirilən Taleh İsmayılovun cinayət işinin təfərrüatları məlum olub.

Qlobal.net xəbər verir ki, Taleh İsmayılov yeniyetmə olan Y.Y. və onun bacısı V.Y.-yə qarşı seksual xarakterli hərəkətlər edib. Uşaqların valideynləri məsələdən xəbər tutublar. Bundan sonra şikayət əsasında T.İsmayılov saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlərə məcbur etmə, on dörd yaşına çatmayan şəxsə qarşı törətmə) maddəsi ilə ittiham verilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Taleh İsmayılov ifadəsində bildirib ki, Yeni Suraxanı qəsəbəsində ailəsi ilə birlikdə kirayədə yaşayıb. S.Palikova evlərində yaşadığı müddətdə oğluna qarşı seksual xarakterli hərəkətlər etməyib və qızını zorlamayıb. Uşaqlar onlarda olduğu vaxt həyat yoldaşı Palikovanın qızı V.Y.-nin hamilə olduğunu öyrənib. Bu barədə ona suallar verib hamiləliyindən anasının xəbəri olub-olmadığını soruşub və səsini telefona yazıb. S.Palikova iki dəfə uşaqlarını qoyub evdən qaçıb. Birinci dəfə evdən getdikdən sonra ona uşaqlarını da aparmasını deyib. Qadın bir neçə gündən sonra gəlib uşaqlarını aparıb. V.Y. və kiçik oğlu R.Y. onunla getsə də, Y.Y. onunla qalmaq istəyib. İsmayılov heç kimə zor tətbiq eləmədiyini və zorlamadığını bildirərək ona böhtan atıldığını vurğulayıb.

Şahid S.Palikova bildirib ki, 2003-cü ildə M.Rəhimovla qeri-rəsmi ailə həyatı qurub. Nikahdan 3 övladları dünyaya gəlib. 13 il Ağstafa rayonunun Poylu kəndində yaşayıblar. 

2016-cı ildə əri oğurluq etdiyinə görə məhkəmənin hökmü ilə azadlıqdan məhrum olunub. 2018-ci il iyulun 18-də Rusiya Federasiyasına qayıtmaq üçün sənədlərini düzəltmək məqsədi ilə avtobusla Bakı şəhərinə gəlib. Yolda olarkən tanıdığı Telman Abbasova zəng edib avtovağzalda onu qarşılamasını xahiş edib. Sonuncu ona Yeni Suraxanı qəsəbəsində ayı 50 manata kirayə ev olduğunu deyib. Razılaşıb həmin evə getdikdə Taleh İsmayılov və onun həyat yoldaşı Alina ilə tanış olub. İyulun 23-də uşaqları rayondan gələndə onların yol pulunu Taleh verib. Oğlu Y.Y Talehə hər gün ərazidən dəmir yığmaqda köməklik edib. Bir neçə gün qaldıqdan sonra evdə onu qulluqçu kimi işlətdiklərini görüb ayın 30-u qızı V.Y. və kiçik oğlu R.Y. ilə birlikdə qaçıb.

Qapısı olmayan təmirsiz köhnə tikilidə iki gün qalıblar. Sonra Talehin arvadı onunla telefonla danışıb evə qayıtmasını deyib. 

Avqustun 7-də Y.Y. dəmir yığmaq üçün getdikləri zeytunluq ərazisində Talehin onu zorlamaq istədiyini lakin əlindən qaçdığını deyib. Onun yanında Taleh oğlu ilə yaxşı rəftar etdiyindən uşağının sözlərinə inanmayıb. 

Ayın 11-də yeyib-içməkdən sonra Talehin dostu Natiq onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Buna etiraz etdikdə sonuncu yumruqla sifətinə zərbə vurub. Tanışı olan taksi sürücüsünə zəng edib onu evdən götürməsini xahiş edib. Tanışı gəlib onu götürüb, həmin qəsəbədə ünvanını dəqiq bilmədiyi evə aparıb. Həmin evi təmizləmək lazım olduğundan uşaqlarını ora gətirməyib. Talehin arvadı Alinanın telefonu ilə arada qızı və oğlu ilə danışsa da, heç biri ona şikayət etməyib. 

Avqustun 18-də telefonuna qızının hamilə olması barədə ismarış göndərilib. O, Talehin həmin mesajı onu evə qaytarmaq məqsədi ilə yazdığını düşünüb və buna əhəmiyyət verməyib. 

Ayın 25-də Alina zəng edib balaca oğlunu aparmasını ancaq böyük uşaqlarını ona verməyəcəyini deyib. Buna görə Telmana zəng vurub uşaqları təhvil almasını xahiş edib. Taksi sürücüsü R.Y. ilə Y.Y.-ni onun yanına gətirdikdən sonra Svetlana Suraxanı rayon 31-ci polis bölməsinə müraciət edərək köməklik göstərilməsini xahiş edib. Həmin gecə polis əməkdaşları onun qızı V.Y.-ni Taleh İsmayılovdan alaraq ona təhvil veriblər.     

Zərərçəkmiş V.Y. ifadəsində bildirib ki, 2018-ci il avqustun 11-də anası yataq otağına gələrək paltarlarını yığmağa başlayıb. Sağ qaşının qanadığını görüb bu barədə soruşduqda anası Natiqin onu vurduğunu buna görə də evdən gedəcəyini deyib. Qayıdıb onları da aparacağına söz verib. 

 Anası evdən gedəndən 4 gün sonra başı ağrıdığı üçün Taleh İsmayılov ona adını bilmədiyi 2 ədəd dərman verib. Divanda yatarkən üzərində adam olduğunu hiss edib yuxudan oyananda Talehin üstündə uzandığını və özünün də əynində paltarı olmadığını görüb. Əlləri ilə onu üzərindən aşırmaq istəyəndə İsmayılov bir əli ilə ağzından tutub qışqırmasına mane olub. Fiziki cəhəddən zəif olduğuna görə davamlı müqavimət göstərə bilməyib. Taleh onu zorladıqdan sonra kiməsə bir söz dediyi halda onu döyməklə hədələyib. 

Bir neçə gündən sonra Taleh arvadına onun hamilə olmasını bildirib. Onu yataq otağına keçirib və qapını bağlayaraq deyib ki, Alina səndən soruşsa, səni kim bədbəxt edib, cavab verməlisən ki, məni anam Ağstafa rayonunda naməlum şəxslərə satıb. O da qorxduğu üçün razılaşıb. Alinaya Taleh öyrətdiyi kimi ağlaya-ağlaya cavab verdikdə sonuncu səsini eşidib yanlarına gəlib və heç bir söz demədən qolunu sıxıb ona göz-qaşla işarə edib. Ayın 24-nə kimi hər gün onunla məcbur cinsi əlaqədə olub. 


Zərərçəkmiş əvvəllər heç kimlə əlaqədə olmadığını və ilk dəfə Taleh İsmayılovun onu zorladığını qeyd edib. 

Şahid Alina Mikina ifadəsində göstərib ki, həyat yoldaşı Taleh onun yuxudan oyandığını görüb V.Y.-nin üzərindən durub. Qızı buraxmasını dedikdə əri ünvanına söyüşlər söyüb. 

Ayın 21-də yoldaşı Y.Y.-ni otaqda divanın küncünə sıxıb, ona qarşı seksual hərəkətlər edib. Bunu onunla azyaşlının bacısı V.Y. görüb. Amma Talehdən qorxduğundan müdaxilə etməyib. Y.Y. ağlayıb və Talehin ünvanına söyüş söyərək evdən qaçıb. Amma axşam qalmağa yeri olmadığından geri qayıdıb. 

Sonrakı günlərdə yataq otağında ərinin V.Y.-ni zorladığını görüb. Taleh hər dəfə onu döyüb otaqdan çıxardaraq qapını bağlayıb. Yoldaşından qorxduğu üçün heç kimə azyaşlını zorladığını deməyib. 

İstintaqın gedişində V.Y. ilə qardaşı Y.Y. təqsirləndirilən şəxsin cinsi əlaqədə olduğunu və seksual xarakterli hərəkətlər etməsini onun üzünə qarşı deyib ifadələrini təsdiq ediblər. 

Taleh İsmayılov isə zərərçəkmişlərin öyrədilərək belə ifadə verdiklərini bildirib. 

Məhkəmə iclasında Taleh İsmayılov ittiham üzrə özünü təqsirli bilməyib.

Zərərçəkmişlər məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş ediblər.

Məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 149.3.3-cü (zorlama təqsirkar şəxs üçün 14 yaşına çatmayan şəxsə barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə düzgün tövsif edilib.

Sonda məhkəmənin hökmü ilə Taleh İsmayılov həmin maddələrlə təqsirli bilinərək 15 il müddətinə azdlıqdan məhrum olunub.

Chosen
133
50
kanal.az

10Sources