EN

COP29 zolaqlarına girənləri bu cərimələr gözləyir - Qadağa qüvvəyə mindi

COP29-la əlaqədar Bakıda daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə təşkil edilən xüsusi hərəkət zolaqlarına daxil olmaq qadağan edilib.   Bu barədə Manset.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, 1 noyabr tarixindən 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və ​Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır. Qurum hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələrini tövsiyə edir.

1 noyabrdan etibarən COP29 zolaqlarına daxil olan avtomobil sürücüləri 100 manat cərimə ediləcək, eləcə də onlara 3 bal yazılacaq. Qeyd edək ki, yollarda çəkilən COP29 zolaqları avtobus zolaqları ilə eyni xüsusiyyətlətə malikdir.

Digər avtomobillərin avtobus zolaqlarından istifadəsinə dair cərimələnmə mexanizmi, qaydalar COP29 zolaqlarına da aiddir. Bu zolaqlar COP29 üçün nəzərdə tutulan xüsusi qrup taksilər, avtobuslar və tədbirin xüsusi xidmət avtomobilləri tərəfindən istifadə olunması üçün nəzərdə tutulub.

Chosen
51
49
manset.az

10Sources