EN

Son dəqiqə: 27 ölkəyə təlimat verildi – “Müharibəyə hazır olun”

Avropa Birliyinə (AB) üzv 27 ölkənin vətəndaşlarına müharibə və ya digər fövqəladə hallar zamanı ərzaq və ilkin tələbat mallarını yığmaq tapşırılıb.

Teleqraf.com xəbər verir ki, müvafiq tövsiyə Avropa Komissiyası prezidentinin müşaviri Sauli Ninistönün Avropanın mülki və hərbi hazırlığına dair hesabatında qeyd olunub.

Qeyd edilir ki, AB COVID-19 pandemiyası və Rusiyanın Ukraynaya qarşı müharibəsinə hazır olmayıb, buna görə də reaksiyadan fəal hazırlığa keçmək qərara alınıb.

Bununla əlaqədar ev təsərrüfatlarına fövqəladə hallar zamanı ən azı 72 saat özünü təmin etməyə hazır olmaları tövsiyə olunub.

Sənəddə üzv dövlətlərə vətəndaşlarına ehtiyatların yığılması, evakuasiya və fövqəladə hallar xidmətlərinə çıxışla bağlı təlimat verməsi tövsiyə edilir. Bunlara uzunmüddətli qida, su, dərman, fənərlər, batareyalar və portativ tipli radiolar daxildir. Əsas təhlükə kimi Rusiyanın mümkün təcavüzü göstərilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
43
2
teleqraf.com

3Sources