Ağdaşda yol qəzasına düşən 80 yaşlı qadın 7 gün sonra ölüb.
Modern.az xəbər verir ki, oktyabrın 24-də Nəvai Nəsibzadə idarə etdiyi "VAZ 21 06" markalı avtomobili işıq dirəyinə çırpıb. Nəticədə avtomobildə olan 1944-cü il təvəllüdlü Vəfa Nəsibova xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq ahıl qadın ötən gün xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.