EN

Arvadını bıçaqlayan 60 yaşlı qısqanc kişiyə hökm oxundu

 

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Bayram Fərəcovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

 

İttihama görə, hadisə 20 aprel 2024-cü il tarixdə, saat 11 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 1964-cü il təvəllüdlü Bayram Fərəcov ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı, zərərçəkmiş Nigar Fərəcovanı (şərti) başqa şəxslərlə ünsiyyətdə olmasında günahlandırıb. Bu səbəbdən onların arasında qısqanclıq zəmnində mübahisə yaranıb. Sonra Bayram Fərəcov mətbəx bıçağını götürüb qadının bel və ayaq nahiyələrinə qəsdən zərbələr vuraraq ona xəsarətlər yetirib.

 

Hadisədən sonra Nigar Fərəcova DİN-nin “102 xidməti”nə zəng edərək məlumat verib və Bayram Fərəcov saxlanılıb. 

 

Nigar Fərəcova məhkəmə bildirib ki, hazırda təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayət və tələbi yoxdur və ərinin barəsində cinayət təqibinə xitam verilməsini xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 1 Noyabr 2024, 09:53   
Chosen
26
5
pravda.az

6Sources