Bakıda svetoforların görünməməsi sürücülərə təhlükə yaradır. Avtosfer.az xəbər verir ki, oxuculardan biri paytaxtın Kazım Kazımzadə küçəsində qeydə aldığı videonu redaksiyamızın qaynar xəttinə göndərib. O bildirir ki, yolayrıcına quraşdırılmış svetoforlar ağacların arxasında qaldığı üçün onları yalnız son anda görmək olur. Bu isə sürücüləri təhlükə ilə üz-üzə qoyur.
Qeyd edək ki, yol hərəkətinin ən vacib elementlərindən biri sayılan svetoforlar sürücülər üçün görünən yerdə quraşdırılmalıdır. Hətta rahat şəkildə qavranılması üçün konsul dayaqlı svetoforlardan da istifadə vacib hesab olunur.
Â
Fərid