Oktyabrın 31-i Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın rejissoru və ssenari müəllifi olduğu "Allaha salam" filminin premyerası keçirilib. Missiya.Az xəbər verir ki, təqdimat Nizami Kino Mərkəzində baş tutub. Xəyal Rza bildirib ki, filmdə həm Birinci Qarabağ müharibəsindən motivlər göstərilib, həm də 44 günlük şanlı Vətən savaşında qazandığımız möhtəşəm zəfərimizdən bəhs olunub. Filmdə baş rolu canlandırmış Xalq artisti Məmmədsəfa Qasımov layihənin qısa müddət ərzində peşəkarlıqla ərsəyə gəlməsini böyük nailiyyət olduğunu deyib. Qazi obrazına həyat verən aktyor vurğulayıb ki, burada onun müharibədən sonra evinə qayıdanda yaşadığı ağrı-acılar təsvir edilib. Premyerada ekran əsərinin bədii rəhbəri, Xalq artisti Oqtay Mirqasımov filmin ərsəyə gəlmə prosesindən geniş söhbət açıb və rejissoru təbrik edib. Deputat Aqil Abbas da film barədə təəssüratlarını bölüşərək, layihəni çox bəyənərək müsbət rəy verib. Qeyd edək ki, “Allaha salam”ın aktyor heyətində, Məhəmməd Məmmədov və Zeynəb Kəngərli də iştirak ediblər. Zərintac MayisqızıMissiya.Az