EN

ABŞ atəşkəs prioritetini dəyişdi: Əvvəlcə Livan, sonra Qəzza...

2023-cü ilin oktyabr ayından bu yana bölgədə gərginliyin artmasının qarşısını almaq üçün göstərdiyi səylər uğursuzluqla nəticələnən ABŞ rəhbərliyi, strategiyasını dəyişdirərək Qəzzadan əvvəl digər münaqişə zonalarına diqqət yetirmək qərarına gəlib.

Turkustan.az xəbər verir ki, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, Vaşinqton administrasiyası Yaxın Şərqdə atəşkəs üçün səylərini sürətləndirib. “Times of Israel” qəzetinin Amerika rəsmilərinə əsaslanaraq verdiyi xəbərdə Ağ Evin Qəzzadakı müharibəni bitirməyin ən yaxşı yolunun Livanda atəşkəsin yaradılması olduğunu düşündüyü bildirilib.

Mümkün atəşkəs üçün səylərini artıran ABŞ yüksək rütbəli şəxslərlə bölgəyə diplomatik missiyalar göndərdi. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Williams Burns və CENTCOM komandiri Erik Kurilla ilə yanaşı, Ağ Ev nümayəndələri Brett McGurk və Amos Hochstein İsrail və Misirdə təmaslar aparmaq üçün bölgəyə gəliblər. Börnsun Misir prezidenti Sisi ilə də görüşdüyü bildirilib.

Bildirilib ki, ABŞ-ın bölgədə atəşkəs təmaslarında prioritet sırası dəyişib. ABŞ müharibənin əvvəlindən Qəzzada mümkün atəşkəsin Livandakı gərginliyi azaldacağını iddia etsə də, son həftələrdə bu fikrin tam əksinin hədəfləndiyi bildirilib. Bildirilib ki, Vaşinqtonun fikrini dəyişməsinin arxasında Hizbullaha qarşı əməliyyatların genişləndirilməsi və şiə qruplaşmasının rəhbərliyinin zərərsizləşdirilməsi dayanır.

Digər tərəfdən İsrail mətbuatı da İsrail və Hizbullah arasında atəşkəs razılaşması layihəsini paylaşıb. Layihədə “İsrail ordusu münaqişə bitdikdən sonra 7 gün ərzində Livanı tərk edəcək” və “Livan ordusu sərhəd boyunca yerləşdiriləcək və Livanın cənubunda “Hizbullah”a məxsus silahları ələ keçirəcək” ifadələri yer alıb. Layihədə o da bildirilib ki, 60 günün sonunda İsrail və Livan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam icrası və sərhəd mübahisələrinin həlli üçün ABŞ vasitəsilə dolayı danışıqlar aparacaq.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
38
turkustan.az

1Sources