EN

İsrail İranın mümkün cavab hücumuna ən yüksək dərəcədə hazırdır

Hərbi mənbənin CNN telekanalına verdiyi məlumata görə, İsrail İranın mümkün cavab hücumuna “ən yüksək dərəcədə hazırdır”.

Onun sözlərinə görə, İsrail “Tehrandakı qərarların qəbulu prosesini” qiymətləndirməyə davam edir. Kanalın həmsöhbəti əlavə edib ki, raket istehsalı obyektlərinə və hava hücumundan müdafiə qurğularına endirilən zərbələr İranı “çılğın vəziyyətə salıb” və ölkənin İsrailin hücumlarını dəf etmək imkanlarını azaldıb.

Bir gün əvvəl isə CNN İslam Respublikasının noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi yəhudi dövlətinə hücum planları barədə məlumat yaymışdı. Onu da xatırladaq ki, İsrail Müdafiə Qüvvələri oktyabrın 26-na keçən gecə İrandakı hərbi obyektlərə hücum edib.

//Samir Qurbanov, Editor.az

Chosen
32
editor.az

1Sources