EN

“Qərb Zelenskiyə vəsiyyətnamə yazmağı məsləhət görüb” - Kuleba

Rusiyanın Ukraynaya təcavüzündən əvvəl Qərb Prezident Volodimir Zelenskidən “video vəsiyyətnamə” yazmasını istəyib. 

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Dmitri Kuleba danışıb.

“Ukraynanın böyük dostu olan bir nəfər mənə mesaj göndərdi ki, “Zelenski video vəsiyyət yazmalıdır”, - deyə Kuleba qeyd edib.

Onun dediyinə görə, həmin vaxt Qərbdə Zelenskinin ölümünü mümkün hesab edirdilər və ən yaxşı halda partizan müharibəsi aparmağı məsləhət görürdülər: “ABŞ-nin vitse-prezidenti Kamala Harris Zelenskiyə mühacirətdə hökumətin yaradılmasına hazırlaşmağı, həmçinin Ukraynanı partizan müharibəsinə hazırlamaq üçün bəzi hərbi həll yolları axtarmağı tövsiyə etmişdi”.

“AzPolitika.info”

Chosen
17
16
azpolitika.info

10Sources