EN

"Ən böyük qayğım və məqsədim gənclərin təhsilidir" - Şavkat Mirziyoyev

Yazını böyüt
Yazını kiçilt

“Təhsilli, peşə sahibi olmaq çox yaxşıdır. Əgər ürəyinizdə vətənpərvərlik güclüdürsə, cəsarətiniz daha da yüksək olar”.

Hafta.az-ın yazdığına görə, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Nəvai şəhərindəki məktəbdə müəllim və şagirdlərlə görüşdə deyib.

Məktəbin fəaliyyəti ilə tanış olan dövlət başçısı deyib: “Ən böyük qayğı və məqsədim gənclərin təhsilidir. Qazandığımız nailiyyətlər üçün bizə savadlı nəsil yetişdirmək lazımdır. Bunun üçün hər cür şəraiti yaratmağa çalışırıq. Siz şagirdlər vaxtın qədrini bilməli, bacardıqca çox öyrənməlisiniz. Qazandığınız biliklər, öyrəndiyiniz peşə gələcəkdə sizi arzularınıza uçuracaq qanadlarınız olacaq”.

Xatırladaq edək ki, “Özbəkistan-2030” strategiyasında təhsil birinci vəzifə kimi müəyyən edilib.

Qeyd edək ki, prezident Şavkat Mirziyoyevin görüş keçirdiyi məktəbdə təhsil alan 1800-ə yaxın şagirdə 105 müəllim dərs deyir.

Chosen
41
hafta.az

1Sources