EN

“Baboşların, maboşların təbliğatı gedir”

\"Biz xeyli sayda orta məktəbə, universitetə baş çəkirik. Girişdə şəhidlərimizin şəklinin olması sevindiricidir”.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat, ictimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

\"Amma biz yaşayan qəhrəmanlarımızı nümunə göstərmirik. Ona görə də Baboşların, maboşların təbliğatı gedir.

Azərbaycanın bayrağını qaldıran hər bir şəxsin adı məktəbin, universitetin girişində olmalıdır. Biz buna diqqət etməliyik. Hacı Əliyev, Eldəniz kimi güləşçilərimiz var”, - deyə F.Mustafa qeyd edib.
Chosen
11
19
azxeber.com

10Sources