EN

"Tibbi sığorta olan xəstəxanalarda insanlara kobud davranırlar" - Səyyad Salahlı

“Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi 2-ci oxunuşda qəbul olundu”

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Səyyad Salahlı deyib.

Deputat bu qanunun sağlamlıq üçün vacib olduğunu bildirib:

“Bu qanun sağlamlıq üçün çox vacibdir. Müşahidələrim məni təəccübləndirdi. Azərbaycanda həkim çatışmazlığı var. Onlar Türkiyə, Rusiya və s yerlərə gedir. Çünki məvacib azdır. Bir çox ixtisaslar üzrə ümumiyyətlə həkim yoxdur. Bəzi yerlərdə isə müəyyən ixtisaslar üzrə cəmi 1 həkim var. Rayonda ginekoloq ümumi cərrah, lor üzrə ümumiyyətlə həkim yoxdu. Ona görə onlar Bakıya axın edir. Rayonlardan xəstəxanalar buna görə bağlanır. İcbari tibbi sığortada da boşluq var. İnsanların göndərildiyi yerləri rayon göndərir. Buna görə də sıxlıq yaranır.   

Tibbi sığorta olan xəstəxanalarda kobud davranırlar, insanları acılayırlar, xəstələrə pis yanaşırlar”.

Türkan İSGƏNDƏRLİ

Chosen
40
1
redaktor.az

2Sources