EN

İki ildən sonra Bulvarda gəmi gəzintisi BƏRPA EDİLDİ – FOTOREPORTAJ

Bu gündən etibrən Bakı Dənizkənarı Bulvarında gəmi gəzintisi bərpa edildi.

Bizim.Media xəbər verir ki, gəminin təhlükəsiz və rahat hərəkəti məqsədilə “Mirvari” gəmisində təmir işləri aparılıb.

Gəmi 3 mərtəbə və 460 nəfərlik yerdən ibarətdir. Biletlər gəminin yerindən və mərtəbəsindən aslı olaraq 5 və 10 manat arasında dəyişir. Bu 2015-ci ildə müəyyənləşən qiymətlərdir. 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq təmir-bərpa işlərindən sonra qiymətlərdə artım olmayıb. 6 yaşına qədər uşaqlar üçün gəmi gəzintisi ödənişsizdir.

Qeyd edək ki, dəniz suyunun səviyyəsinin aşağı enməsi ilə əlaqədar Bakı bulvarında 2022-ci ildən gəmi gəzintisinə fasilə verilmişdi.

İlin əvvəlindən batimetriya (dənizin dərinliyinin ölçülməsi) işləri aparılması nəticəsində gəminin rahat və təhlükəsiz hərəkəti üçün yeni marşrut xətti müəyyənləşdirilib.

















bizim.media

Chosen
10
2
turkustan.az

5Sources