EN

"Həkimlər pula görə xaricə üz tuturlar" - Deputat

“Azərbaycanda həkim çatışmazlığı var, onlar işləməyə xaricə üz tuturlar. Səbəb məvacibin azlığıdır”.

"Unikal" xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“1200-1300 manat məvacib həkimə çatmır. İmişli Rayon Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir. O boyda rayonda sadəcə bir dənə psixiatr var. Bəs camaat kimin üstünə getməlidir? Pensiya yaşına çatan kimi müəllimi məktəbdən çıxarırlar, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşı çatmış həkimlərlə müqavilənin vaxtını uzadaraq işləyirlər. Niyə? Çünki həkim çatışmazlığı var. Rayonlardan İcbari Tibbi Sığortanın vasitəsilə Bakıya xəstəxanalara gəlirlər. Lakin onu özəl xəstəxanaya yönləndirirlər. Bu da həkimlərin, müdiriyyətin işidir. Amma bərabərlik prinsipi gözlənilməlidir. İcbari Tibbi Sığorta ilə xəstəxanaya gələn xəstələri resepşnlar da acıqla qarşılayırlar. Bəzən arzularının həyata keçirilməsinə belə maneə yaradırlar”.

Chosen
17
48
unikal.az

10Sources