EN

Murad Arif Natavan Həbibiylə qalmaqalından danışdı

Hitmaker Murad Arif “Hərşeyşünas” layihəsində Natavan Həbibiylə qalmaqalından danışıb.

Sənətçi bildirib ki, Murad Arifə məxsus “Damlalar” mahnısı reklamda bəstəkarından icazə alınmayaraq istifadə olunmuşdu.
Daha sonra bu məsələ şirkətlə danışılaraq həllini tapıb:

“Mahnımı reklamda eşidəndə şok oldum. Mənə bu haqda məlumat verilməmişdi. Reklam çəkildikdən sonra, artıq Natavanla danışmaq gec idi sandım. Heç kimdən incikliyim yoxdur. Deyildiyi kimi məsələ məhkəməyə getmədi. Çünki, anlaşılmazlıq həllini tapdı və müəllif qonorarımı artıqlamasıyla aldım. Natavanı harada görsəm, görüşəcəm. Mahnılarımı oxuyan hər həmkarım mənim üçün dəyərlidir. Amma, onlar da gərək müəllif haqlarına hörmət etməyi unutmasınlar.”

Chosen
64
4
minval.info

6Sources