EN

ABŞ Müdafiə naziri israilli həmkarı ilə danışdı

 

  ABŞ Müdafiə naziri Lloyd Austin israilli həmkarı Yoav Qallant ilə söhbətində İran və onun dəstəklədiyi qüvvələrə qarşı İsraili və bölgədəki müttəfiqlərini müdafiə etməyə hazır olduqlarını bildirib.

  ABŞ Müdafiə Nazirliyi tərəfindən yayınlanan açıqlamaya görə, Austin və Qallant arasında telefon danışığı olub.

  İsrailin Qəzza və Livana hücumlarının davam etdiyi bir vaxtda regional gərginliyin azaldılmasına dair imkanların müzakirə olunduğu söhbət zamanı Austin ölkəsinin İran və dəstəklədiyi qüvvələrdən gələn təhdidlərə qarşı ABŞ hərbçilərini, İsraili və bölgədəki müttəfiqlərini müdafiə etməyə hazır olduğunu bir daha təkrarlayıb. O, Livan sərhədindəki qarşıdurmalar səbəbilə evlərini tərk etmək məcburiyyətində qalan livanlı və israilli mülki şəxslərin təhlükəsiz şəkildə geri dönmələrini təmin edəcək diplomatik bir təşəbbüsə bağlılıqlarını da yenidən ifadə edib.

  Lloyd Austin həmçinin Qəzzadakı ağır humanitar vəziyyəti, əsir mübadiləsi və atəşkəs ehtimallarını da dəyərləndirib.



Chosen
21
46
trt.net.tr

10Sources