EN

BMT: Dünyada jurnalist qətllərinin 90 faizinin üstü hələ də açılmayıb


Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 1993-cü ildən bəri dünyada törədilən jurnalist cinayətlərinin yalnız 10 faizində məhkəmə qərar çıxarıb, 90 faizinin isə  üstü hələ də açılmayıb

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, BMT Baş Assambleyası bu günü 2013-cü ildə Malidə öldürülən iki fransız jurnalistin xatirəsinə \"Jurnalist Cinayətlərində Cəzasızlıqla Beynəlxalq Mübarizə Günü” elan edib.

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) məlumatına görə, 1993-cü ildən bəri dünyada 1700-dən çox jurnalist öldürülüb.

Bu qətllərin yalnız 13 faizi qanuni tədbirlər və məhkəmələrlə nəticələnib. Demək olar ki, hər 10 jurnalist qətlindən 9-da ya hüquqi proses başlanmayıb, ya da başlayan proses yekunlaşmayıb.

2020-2021-ci illərdə 117 jurnalist öldürülüb. Onlardan 91 jurnalist ya maşında, ya da küçədə öldürüldüyü halda, bəzilərinin oğurlandıqdan sonra hardasa tərk edilmiş cəsədləri tapılıb.

Bəziləri isə daha qəddarca ailə üzvlərinin gözü qarşısında qətlə yetirilib.

2017-ci ildən münaqişə zonalarında işləyərkən öldürülən jurnalistlərin sayı azalsa da, 2023-cü ildən sonra bu rəqəm daha da artıb.

Ötən il öldürülən jurnalistlərin 50 faizi münaqişə zonalarında ölüb. 2023-cü ildə öldürülən jurnalistlərin sayı 99 olub, onlardan 69-u Qəzzada öldürülüb.
Ən az 15 jurnalist Rusiya-Ukrayna müharibəsini işıqlandırarkən həyatını itirib.
 
Cəmalə
Chosen
13
2
azxeber.com

4Sources