EN

AMB: 2025-ci ildə cari əməliyyatlar balansı 5.5 milyard ABŞ dolları səviyyəsində gözlənilir

2024-cü ilin ilk 9 ayında tədiyə balansının cari əməliyyatlar hesabının əsas komponenti olan xarici ticarət balansında 5.2 milyard ABŞ dolları həcmində müsbət saldo qeydə alınıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, cari əməliyyatlar balansında profisit 2024-cü ilin sonuna 5.3 milyard ABŞ dolları, 2025-ci ildə isə 5.5 milyard ABŞ dolları səviyyəsində gözlənilir.

Fuad Mədətov
Fins.az

Chosen
64
fins.az

1Sources