EN

Almaniya nəhəngi türkiyəli müdafiəçi ilə maraqlanır

Türkiyə yığmasının və İtaliyanın “Roma” klubunun futbolçusu Mert Çelik karyerasını Almaniyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə “Sky Sport İtalia” məlumat yayıb.

Müdafiəçinin xidmətində “Bayern Münhen” maraqlıdır. Münhen təmsilçisi 27 yaşlı futbolçunu bir ildir izləyir və məhz bu qış onu heyətinə qatmağı planlaşdırır. Mert Çelikin özü isə “Roma”da qalmaq niyyətindədir. Amma Almaniya nəhəngi “canavarlar”ı razı salacaq məbləği təklif edərsə, italiyalılar sağ cinah müdafiəçisinin gedişinə razı olacaq.

Qeyd edək ki, Zeki 2022-ci il avqustun 5-də “Lill”dən “Roma”ya keçib. Onun İtaliya klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. “Bursaspor”un yetirməsi karyerası ərzində bu klubla yanaşı, “Bursa Nilüfer”, “İstanbulspor” komandalarında da oynayıb.

Chosen
50
msport.az

1Sources