EN

Maliyyə Nazirliyi “Bakı Ayaqqabı Fabriki”ndə nöqsanlar aşkarladı

“Bakı Ayaqqabı Fabriki” ASC məcburi auditdən yayınma qaydalarını pozduğu protokolu ilə məhkəmə qarşısına çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. Hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protokol ərazi aidiyyəti üzrə göndərilib. Lakin protokola hansı məhkəmədə baxılacağı barədə məlumat qeyd olunmayıb.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.  

Qeyd edək ki, “Bakı Ayaqqabı Fabriki” 2018-ci ildən fəaliyyət göstərən "ASK Ayaqqabı Fabriki" MMC-nin bazasında yaradılıb və "Azərbaycan Sənaye Korporasiyası" ASC-ə məxsus olub. Onun nizamnamə kapitalı 7 851 794 manatdır. Şirkəti 2022-ci ilin dekabr ayında “Pepi-Əli Kəndli Təsərrüfatı” MMC özəlləşdirib.

Chosen
79
iqtisadiyyat.az

1Sources