EN

ABŞ-də seçki kampaniyalarına 14,7 milyard dollar xərclənib

ABŞ-da noyabrın 5-də keçiriləcək rəsmi seçki günü yaxınlaşdıqca prezident seçkiləri kampaniyası yekun finişə doğru irəliləyir. ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris və keçmiş prezident Donald Trampın seçki kampaniyasına ümumilikdə təxminən 14,7 milyard dollar xərclənib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Federal Seçki Komissiyası məlumat yayıb.

Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin ştatlarında reklam kampaniyaları gecə-gündüz davam edir.

Chosen
74
23
iqtisadiyyat.az

10Sources