EN

Ağdamda Birinci Qarabağ müharibəsinin mülki şəhidi torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsi dövründə - 31 il əvvəl itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən mülki şəhid Səfərov Cahangir Səfəralı oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.

Herbiand.az xəbər verir ki, Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında keçirilən vida mərasimində rayon sakinləri, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Cahangir Səfərovun nəşi torpağa tapşırılıb. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, 1942-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olan Səfərov Cahangir Səfəralı oğlunun nəşinin qalıqları Xankəndi şəhəri ərazisində aşkarlanıb.

Chosen
47
herbiand.az

1Sources