EN

Hindistanın paytaxtı dünyanın ən çirkli şəhəri oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistanda Divali bayramı zamanı insanlar tərəfindən fişənglərin davamlı olaraq yandırılması ölkədə havanın keyfiyyətinin pisləşməsinə səbəb olub, paytaxt Nyu-Delhi şəhərinin bir çox yerlərində isə hava keyfiyyəti indeksi "ağır" kateqoriyasına yaxınlaşıb.
Bu barədə Oxu.Az "İndia Today" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, paytaxtda fişənglərdən istifadəyə tam şəkildə qadağanın qəbuluna baxmayaraq, Divali münasibətilə fişənglərin partladılmasından sonra Nyu-Delhi noyabrın 1-i tarixinə "Dünyanın ən çirkli şəhəri" adını alıb.
Noyabrın 1-də səhər saat 6-da havanın keyfiyyəti indeksi (AQI) 359 səviyyəsində qeydə alınıb ki, bu da "çox pis" kateqoriyasına uyğun gəlir.
Qeyd edək ki, Lajpat Naqar, Kalkadji, Çxatarpur, Caunapur, Şərqi Kaylaş, Saket, Roxini, Dvarka, Pancabi Baq, Vikaspuri, Dilşad Qarden, Burari, həmçinin Şərqi və Qərbi Delhinin bir çox digər rayonlarında fişəng partlayışları müşahidə edilib.
Chosen
37
50
oxu.az

10Sources