EN

Çinin bir nömrəli elektrik avtomobil istehsalçısı rekord sayda avtomobil satıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin bir nömrəli elektrik avtomobil istehsalçısı “BYD” oktyabr ayında rekord sayda avtomobil satıb.

Banco.az xəbər verir ki, “BYD” Çində avtomobil satışlarının pik həddə olduğu bir dövrdə güclü performansını davam etdirib və 2024-cü ilin son rübünə rekord satışla başlayıb.

Çinin elektrik və plug-in hibrid avtomobillər istehsal edən bir nömrəli avtomobil istehsalçısı cümə günü dərc edilən məlumatlara görə, oktyabr ayında 500,526 avtomobil satıb.

Hibrid satışlar ötən ay 310 min 912 tədarüklə ən yaxşı performansa imza atıb.

Bu yaxınlarda “BYD” ilk dəfə “Tesla”nı üstələyən rüblük gəlir açıqlamışdı. Belə ki, sentyabrın 30-da başa çatan üçüncü rübdə BYD-nin gəliri illik müqayisədə 24 faiz artaraq 201,1 milyard yuana (28,2 milyard dollar) çatıb. “Tesla” isə eyni dövrdə 25,2 milyard dollar gəlir əldə edib.

Qeyd edək ki, “BYD” Çində aylıq satış rekordu vuran yeganə şirkət deyil. “Geely Automobile Holdings” və yeni qurulan “Xpeng” də ötən ay 226 min 686 və 23 min 917 vasitə sataraq rekord nəticələr əldə ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
119
50
banco.az

10Sources