EN

Millimizin türkiyəli baş məşqçisi hədəflər üçün 5 il vaxt istəyir

“Oktyabrın 15-dən məşqlərə start vermişik. Azərbaycanda olan 12 nəfərlə hazırlıq həftədə 5 gün olmaqla davam edir”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət basketbol millisinin baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis millimizin Avropa çempionatının seçmə mərhələsində Polşa və Litvaya qarşı oynayacağı matçlar öncəsi fikrini açıqlayıb. Alkaya bildirib ki, rəqibləri yaxşı analiz edib: “Polşa komandasının bütün matçlarına baxmışıq. Litvanın da bundan əvvəl bizimlə və Polşa ilə olan oyunlarını yenidən izlədik. Bu, oyunlar öncəsi müdafiə sistemləri üzərində çox çalışdıq. Bilirik ki, çox çətin olacaq. Çünki komandamızın 7-8 oyunçusu U-16 və U-18 millilərinin oyunçularından ibarətdir. Yalnız 2 və ya 3 basketbolçumuz bu səviyyədə oyunçulardır. Təbii ki, belə heyətlə Avropada hər zaman iddialı olan komandalara qarşı oynamaq çətindir. Əlimizdən gələn qədər mübarizə aparacağıq və ölkəmizi ən yaxşı şəkildə təmsil etmək üçün çalışacağıq. Bizim bu komanda ilə hədəflərimiz 4 və ya 5 ildən sonra ortaya çıxacaq. İndi əsas istəyimiz gənc oyunçularımızın təcrübə toplamasıdır. Ümid edirəm ki, ən yaxşı nəticələrlə geri dönəcəyik”.

Qeyd edək ki, yığmamız noyabrın 7-də Polşa, 3 gün sonra isə Litva ilə qarşılaşacaq. Matçlar Polşada təşkil ediləcək.

İdman.biz

Chosen
63
1
idman.biz

2Sources