Hurriyyet.az xəbər verir ki, İran İslam Respiblikasının İslam İnqilabı Keşikçiləri Korpusu "Teleqram" kanalındakı açıqlamasında Tehranın İsrailə hücum edəcəyi təqdirdə 4 hərbi obyekti hədəfə alacağını bildirib.
Həmin dörd obyektin İsrailin əsas silah istehsalçısı olduğu bildirilir.
1. Israel Aerospace Industries (IAI) – mülki və hərbi təyyarələrin, dronların, rakentlərin, peyk sistemlərinin istehsalı və onlara xidmət, aviasiya elektron sistemlərinin hazırlanması ilə məşğuldur;
2. Elbit Systems – komandanlığın əməliyyatları, nəzarət, kəşfiyyat, müşahidə üçün hərbi texnologiyaları və müxtəlif növ silahları hazırlayır və modernləşdirir;
3. Rafael Advanced Defense Systems – "Dəmir Qübbə" sisteminə bənzər müdafiə sistemləri hazırlayır;
4. IMI Systems – tanklar, zirehli texnika da daxil olmaqla, hərbi texnikanın geniş spektrini istehsal edir.
Hürr Tərcüman