"Bəzən oyunumuz istədiyimiz kimi alınmır".
Apasport.az xəbər verir ki, bunu “Murov Az Terminal” voleybol klubunun kişilərdən ibarət komandasının baş məşqçisi Pazdnekov Aleksandr deyib.
Təcrübəli məşqçi komandanın hazırkı durumunu dəyərləndirib:
“Bütün komandalar kimi biz də meydançaya qələbə üçün çıxırıq. Yarımfinaldakı rəqibimiz “Azerreyl” yaxşı komandadır. Heyətimizlə bağlı biraz problemlərimiz var. Bəzi oyunçularımız qısa vaxtdır ki, komandaya cəlb olunublar. Buna baxmayaraq inanıram ki, qarşıdakı oyunda yaxşı çıxış edəcəyik”.
AVF hakimlər üçün seminar təşkil edib
Azərbaycan kubokunun keçiriləcəyi tarixlər bəlli olub
Təmsilçimiz Avropa çempionu olub
“Azərreyl” Avropa Kubokunun qalibi olub
Daha bir Azərbaycan komandası finalda