EN

“Səhliyalı”dan sonra “Hicaz 313” də cərimələndi – Saxta və ya keyfiyyətsiz malları idxal edirlər

“Hicaz 313” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

Hurriyyet.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Amma cərimənin miqdarı ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, “Hicaz 313” MMC Azərbaycanda kolbasa və ət məhsullarının istehsalı və satışı ilə məşğul olur.

Xatırladaq ki, daha əvvəl  “Halal nemət, 1000 bərəkət” brendi ilə ət, kolbasa və süd məhsullarının istehsalı ilə məşğul “Səhliyalı” Kiçik Müəssisəsi saxta və ya keyfiyyətsiz mallar idxal etdiyinə görə cərimələnib.\Tribunainfo.az/ 

Chosen
69
22
hurriyyet.az

8Sources