EN

Tarasovun qorxunc iddiası:Doğrudanmı,  Gümrüdən çıxarılan 102-ci baza Gəncəyə gətiriləcək?

Rusiyalı ermənipərəst politoloq, Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov həmişəki kimi özünü “su bulandırmağa həsr edib. Oxucularımız üçün bildirim ki, bu ekspert ara qarışdırmaq, istədiyi ölkədə təlatüm yaratmağa meyilli biridir.Gəncədə anadan olmuş və Bakı Dövlət Universitetini bitirmiş Tarasov ermənilərin azərbaycanlılara, azərbaycanlılarda isə onlara qarşı nifrətini qızışdırmaqla məşğuldu. Yadınızdadırsa, “Ermənilər İrəvanı azərbaycanlılara qaytarır”, “Ermənistanda dövlət dili türk dili olacaq” kimi qıcıqlandırıcı fikirlərin müəllifidir.Bu açıqlamaları anlayırıq. Babası I Pyotrun Qafqazda əbədi qalmaq vəsiyyətindən yaranan hiyləgər siyasətdir. “Parçala, hökm et” .Stanislav Tarasovun bu dəfəki açıqlaması isə Azərbaycan ictimaiyyətində böyük narazılığın başlaması üçün hesablandığı güman edilir.O iddia edib ki, Azərbaycan artıq Rusiya ilə münasibətlərə fərqli baxır:“Əgər əvvəllər Azərbaycan öz ərazisində Rusiyanın mövcudluğuna qarşı idisə, bu gün əksinə, Rusiyanın mövcudluğunun tərəfdarına çevrilir. Ermənilərin Rusiyanın yeganə müttəfiqi olmasından narahat idilər, amma Putin Əliyevlə işləməyə başladı. Gümrü bazası Ermənistandan çıxsa, Kürdəmirdə və Gəncədə dayanacağıq, buna əminəm”.Məlumata görə,  baza güclü silah-sursatlatəmin olunub: döyüş tankları – 80 ədəd; digər zirehli hərbi texnikalar (BMD-1, BMP-1, BMP-2, BRDM-2, BTR-80, BRDM-2) – 160 ədəd; yüngül zirehli avtomobillər – 75 ədəd; 2А19 (Т-12) tipli 100 mm-lik artilleriya topu – 85 ədəd; "9k51 Qrad" YARS – 30 ədəd; 2S3 "Akatsiya" özüyeriyən artilleriya qurğusu – 30 ədəd; D-30 topu – 60 ədəd; 2S1 "Qvozdika" özüyeriyən artilleriya qurğusu – 10 ədəd. bu bazaya 18 ədəd MİQ-29 təyyarəsi daxildir. Həmçinin radiolokasiya stansiyalarına malikdir və şəxsi heyət 300 nəfərdir. Bundan başqa, 102-ci hərbi bazanın ştatında 50-dən 150-yə qədər şəxsi heyəti olan xüsusi taborlar və radiasiya, kimyəvi və bakterioloji mühafizə taboru mövcuddur. Ümumilikdə hərbi bazada  2005-2007-ci illərdə Gürcüstandakı Axalkələk və Batumi hərbi bazalarından çıxarılan silah, texnika, sursat və hərbi avadanlıqların böyük hissəsi bu bazada saxlanılır. Hərbi bazanın 3 təlim mərkəzi (poliqonu) var ki, bunlardan birincisi İrəvanın 25–30 km-də yerləşən «Nubaraşen», ikincisi Gümrünün 15–17 km məsafədə yerləşən «Kamxud», üçüncüsü isə «Alagöz» poliqonudur. «Nubaraşen»də əsasən müxtəlif atıcı silahlardan, o cümlədən tanklardan, BMP, ZSU-23-4 Şilka və minaatanlardan, «Kamxud»da digər silahlardan (nadir hallarda BMP, tank və minaatanlardan), «Alagöz»də isə artilleriya, reaktiv yaylım atəş sistemləri və tanklardan atış təlimləri keçilir. P.S. Rusiya da, siyasəti də, hökmdarları da, ordusu da hər zaman Azərbaycana zərbə üstündən zərbə vurub. Çox uzağa yox, elə 33 illik tariximizə baxsaq, Qarabağın işğalında, Xocalı soyqırımında onların böyük rolunu görərik. Azərbaycan xalqı həyatında hər şeyə razı olar. Aclığa, kasıbçılığa, lap ermənilərlə din şəraitdə bir yerdə yaşamağa da , amma Rusiya ordusunun Azərbaycanda yenidən baza şəklində yerləşməsinə əsla! Odur ki, rəsmi orqanlar, ekspert Stanislav Tarasova müəyyən bir cavab verməli, eyni zamanda Azərbaycan xalqı bilməlidir ki, bu fikir Tarasovun ermənipərəst mövqeyindən qaynaqlanan mənasız proqnozudur.Əntiqə Rəşid 

Chosen
236
1
adalet.az

2Sources