EN

“Pul elədir ki, adamı dingildədir” - Sabiq nazir

“Pul elədir ki, adamı dingildədir, oynadır. Varsa, özünü xaricdə də göstərəcək, burda da, toyda da, ad günündə də…”

“AzPolitika” xəbər verir ki, bunu keçmiş maliyyə naziri Əvəz Ələkbərov “Gününsəsi.info”-ya müsahibəsində bildirib.

“Nazir işlədiyim dövrdə var-dövlət yığmadım. Vicdanla deyirəm ki, işlədiyim, işdən çıxdığım dövrdə nə əmlakım olub, nə də başqa bir şey. Birincisi, xaricdə pul saxlamaq da asan deyil. İkincisi də, bu yolun yolçusu deyiləm. Üçüncüsü isə açığı, çox var-dövlətdən, puldan qorxuram. Atam deyərdi, çox pul arxasınca çox şey gətirir, bəladı. Amma indi bircə nəfər desin ki, mən kiməsə təmannalı iş görmüşəm. Onlarla adamı qovmuşam yanımdan - bu kimi şeylərə görə” – deyə, o billdirib.

Chosen
33
azpolitika.info

1Sources