EN

"Qara keçmişlə yaşamağın mümkün olmadığını başa düşür" - Elmar Baxşıyev

"Araz-Naxçıvan" Misli premyer-liqasının səfərdə keçirilən 12-ci tur matçında "Neftçi"ni məğlub etdi - 1:0.

"Football-plus.az" xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Yaxşı, maraqlı və dinamik matçın şahidi olduq. Hər iki komanda hücum futboluna üstünlük verdi. Matçın ağır olacağını əvvəlcədən bilirdik. Komandamı təbrik edirəm. Oyun planımızı daha da yaxşılaşdırmaq istəyirik.


- Düzdü, birinci hissədə dediyiniz kimi oynadız. Lakin komandanız ikinci yarıda isə bir qədər zəif təsir bağışladı. Bu, nəylə bağlıdı?
- Belə düşünmürəm. İkinci hissədə daha yaxşı oynadıq. Sadəcə, əlimizə düşən fürsətlərdən yararlana bilmədik.

- Qara Qarayev ehtiyat oyunçular skamyasında əyləşmişdi. Onu niyə oyuna buraxmadız? Problem fiziki yoxsa psixoloji durumla bağlıdı?

- Qaranın durumu hamıya bəllidi. İki gün əvvəl mənim istəyimlə komandaya qoşulub. Ümid edirəm ki, bizə faydası dəyəcək. O keçmişlə yaşamağın mümkün olmadığını başa düşür. Məncə, tezliklə yaxşı performans göstərməyə başlayacaq.

- Əvəzlənən futbolçular komandaya fayda vermədi...
- Elə qayda yoxdu ki, ehtiyat oyunçular skamyasından meydana çıxan bütün futbolçular hadisələrin axarını dəyişəcək. Bütün oyunçular meydanda əlindən gələni edir.

- Qırmızı vərəqəylə bağlı epizod haqda fikirlərinizi öyrənmək istərdik.

- Turan gənc futbolçudu. Bilirik ki, gənclərdə emosiyalar daha çox olur. Məncə, bununla bağlı idi.

KƏNAN BAHADIR
Chosen
72
football-plus.az

1Sources