EN

Gürcüstan istəsə, bunu bərpa edərik - Medvedyev

Rəsmi Tiflisin istəyi olarsa, Rusiya və Gürcüstan diplomatik münasibətləri bərpa edə bilər. Lakin hələ ki, Gürcüstanın hakim partiyası bunu istəmir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyev deyib.

“Bizə Gürcüstan hakimiyyətinin hər hansı yaxınlığı yoxdur. Onlar başqa düşüncə ilə yanaşırlar. Hətta diplomatik əlaqələri də bərpa etmək istəmirlər. Bu, gələcəyin işidir. İstəsələr, bərpa edərik. Hərçənd diplomatik əlaqələr olmadan da əməkdaşlıq etmək olar”, - deyə o bildirib.
Chosen
47
7
sherg.az

10Sources