EN

Atasının soyadını istifadə etmir

ABŞ-nin sabiq prezidenti Barak Obamanın qızı Malianın atasının soyadını istifadə etmədiyi məlum olub.

Azreform.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Barak Obama qızının qərarı ilə bağlı ilk dəfə danışıb.

Belə ki, Barak Obama və Mişel Obamanın qızı Maliya rejissor olub. 26 yaşlı Obama indi yalnız “Malia” kimi tanınmaq istəyir.

“The Heart” filmi ilə 2024 Sundance Film Festivalına qatılan Malia soyadından istifadə etməyib.

Qızının soyadını istifadə etməməsi ilə bağlı fikirlərini bölüşən Obama bunları deyib:

“Mən dedim ki, bilirsən ki, onlar sənin kim olduğunu biləcəklər. Qızım isə “Mən onların mənim filmimə baxmalarını və heç bir şəkildə bizimlə əlaqə saxlamalarını istəyirəm”.

“Jurnalistlərə deyirəm ki, məni izləyə bilərsiniz. Mənim haqqımda danışa bilərsiniz. Nə lazımdırsa edin. Uşaqlarımı rahat buraxın, çünki onların böyümək hüququ var. Onlar bunu seçməyiblər. İcazə verin böyüsünlər” , - Obama bildirib.

Chosen
17
6
azreform.info

7Sources