EN

DSX-nın alman çoban və Belçika malinois itləri : Narkotik maddəni belə tapdılar - FOTO,VİDEO

Noyabrın 1-də media nümayəndələrinin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığında mediatur keçirilib.

Musavat.com xəbər verir ki, mediatur DSX-nin Sərhəd Nəzarəti Komandanlığının fəaliyyətinin müxtəlif aspektlərini jurnalistlərə əyani şəkildə göstərmək məqsədilə təşkil olunub.

komandanlığın kapitanı Hüseyn Qənbərli dövlət sərhədində narkotik vasitələrin və partlayıcı maddələrin aşkar olunması üçün xüsusi hazırlanmış xidməti itlər barədə məlumat verib: “Narkotik vasitələrin, partlayıcı maddələrin və izlərin axtarışı üçün daha çox xüsusi təlim keçmiş alman çoban, Belçika malinois itlərindən istifadə olunur. Bu cinslər qoxuların hiss olunması və axtarış üzrə daha yüksək iş qabiliyyətinə malikdirlər. Onlar öz iş fəaliyyətlərini yekunlaşdırdıqdan sonra mühafizə sahəsinə yönləndirilirlər”.

Musavat.com itlərin şərti tapşırığı yerinə yetirməsi ilə bağlı görüntüləri təqdim edir:

Şahanə Rəhimli,
Musavat.com
Fotolar müəllifindir

Chosen
70
22
musavat.com

10Sources