EN

Qola sevinən azarkeş döyülərək öldürülüb

İngiltərə Premyer Liqasının “Arsenal” – “Liverpul” oyunu xoşagəlməz hadisəyə səbəb olub.

İdman.biz xəbər verir ki, qarşılaşma zamanı Uqandada qətl baş verib.

Hadisə oyunun sonlarında Məhəmməd Salahın vurduğu bərabərlik qolundan sonra yaşanıb. Misirli hücumçunun qolu oyunu televiziya ilə izləyənlər arasında olan “Mançester Yunayted” fanatlarından birini sevindirib.

O, nümayişkaranə şəkildə sevinərək əlindəki “popkorn”un dənələrini yanındakı “Arsenal” fanatının üstünə səpib, onu açıq şəkildə qıcıqlandırıb. Buraxılan qola üzülən və ona qarşı hərəkətdən qəzəblənən azarkeşin səbir kasası daşıb. O, əlinə keçən taxta parçası ilə həmyerlisini döyüb. “Mançester Yunayted” fanatı aldığı çoxsaylı zərbələrdən ölüb.

Qeyd edək ki, “Arsenal”ın iki dəfə hesabda önə çıxdığı görüş 2:2 hesabı ilə başa çatıb.

İdman.biz

Chosen
67
idman.biz

1Sources