EN

Moralesin tərəfdarları üç hərbi obyekti ələ keçiriblər Boliviyada Gərginlik Artır

Boliviyanın sabiq prezidenti Evo Moralesin tərəfdarları Koçabamba departamentində üç hərbi obyekti ələ keçiriblər.

APA xəbər verir ki, bu barədə hazırkı dövlət başçısı Luis Arse məlumat verib.

“Biz Boliviya xalqının və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq ki, Evo Moralesə yaxın silahlı qruplar Koçabambada üç hərbi obyektə basqın edərək hərbçiləri və onların qohumlarını girov saxlayır, zorakılıqla hədələyir”, - deyə o, “Telegram” kanalında yazıb.

Arce qeyd edib ki, hərbi obyektlərin ələ keçirilməsi dünyanın istənilən yerində dövlətə xəyanət və konstitusiya quruluşuna hücum kimi qiymətləndirilir.

“Biz demokratik yolla seçilmiş hökumət olaraq konstitusion səlahiyyətlərimiz çərçivəsində və əhalinin dəstəyi ilə ictimai asayişin bərpasına yönəlmiş tədbirləri bundan sonra da davam etdirəcəyik”, - deyə dövlət başçısı qeyd edib.

Bundan əvvəl Boliviya Silahlı Qüvvələrinin mətbuat xidməti silahlı şəxslərin bir hərbi hissəni ələ keçirdiyi, hərbi qulluqçuları girov götürdüyü və orada yerləşən silahları ələ keçirdiyi barədə məlumat yayıb.

Artıq 19 gündür ki, ölkənin müxtəlif rayonlarını birləşdirən avtomobil yollarının bağlanması davam edir. Oktyabrın 30-da prezident Luis Arce zərərin 1,7 milyard dolları ötdüyünü, toqquşmalarda 60-dan çox polis əməkdaşının yaralandığını bildirib.

Chosen
12
7
ednews.net

8Sources