EN

İran “iPhone”un idxalına rüsumla bağlı qərarı dəyişdirəcək

İrana “iPhone” mobil telefonlarının idxalı ilə əlaqədar rüsum təxminən 30% olacaq.

FED.az xəbər verir ki, bunu İranın iqtisadi işlər və maliyyə naziri Əbdülnasir Hemməti yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, başqa brend mobil telefonların idxalına nəzərdə tutulduğu kimi, qeyd olunan mobil telefona da rüsum tətbiq olunacaq.

İranlı nazir Nazirlər Kabinetinin sözügedən mobil telefonun idxalı ilə əlaqədar rüsum qərarına dəyişiklik ediləcəyini qeyd edib.

Qeyd edək ki, ötən il İrana "Apple" şirkətinin “iPhone 14” və yuxarı model mobil telefonlarının idxalına qadağa tətbiq olunub. Bu il 30 oktyabrda İranın Nazirlər Kabineti sözügedən mobil telefonların idxalına qadağanı ləğv edib və 96% gömrük rüsumu tətbiq olunub. (Trend)

Chosen
11
2
fed.az

3Sources