EN

Səfərlidən Bavariyada liderlə heç-heçə

Azərbaycanlı qrossmeyster Eltac Səfərlinin iştirakı ilə Almaniyada keçirilən şahmat üzrə 26-cı açıq Bavariya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, həmyerlimiz 7-ci turda turnirin lideri Dmitri Kollarsla (Almaniya) qarşılaşıb.

Görüş heç-heçə başa çatıb. Bununla da Səfərli 5,5 xal toplayaraq 7-ci yerdə qərarlaşıb.

O, beş şahmatçının yer aldığı liderlər qrupundan yarım xal geri qalır.

İdman.biz

Chosen
33
idman.biz

1Sources