Livanın “Hizbullah” hərəkatı Tel-Əviv yaxınlığındakı İsrail kəşfiyyat bazasına raket zərbələri endirib.
Modern.az xəbər verir ki, bu barədə hərəkatın Telegram-dakı bəyanatında deyilir.
Qeyd edilib ki, yerli vaxtla saat 02:30-da “Hizbullah” döyüşçüləri “Təl-Əviv ətrafında yerləşən 8200 saylı Hərbi Kəşfiyyat Bölməsinin Qlilot bazasına yaylım atəşi açıblar.