“Azərreyl”in sabiq voleybolçusu Vielka Peralta özünə yeni klub tapıb.
Sportnet.az xəbər verir ki, hücumçu karyerasını Peruda davam etdirəcək.
O, "Deportivo Geminis" klubunun şərəfini qoruyacaq. Vielka 2020/21 mövsümündə də bu komandada oynayıb.
Qeyd edək ki, Peralta "Azərreyl"in heyətində Azərbaycan çempionu olub.