EN

Qalaktikada "qorxulu gözlər" - Nə baş verir?

ABŞ-nin "Milli Aeronavtika və Kosmos İdarəsi" (NASA) Habbl və Ceyms Vebb Kosmik Teleskopları vasitəsilə əldə olunmuş məlumatlarla yaradılmış təsirli kompozit təsvirdə iki qalaktikanı, NGC 2207 və IC 2163-ü bir araya gətirib.

Bildirilib ki, bu qalaktikalar yavaş-yavaş kosmik rəqslə bir-birinə yaxınlaşıb birləşəcək və nəticədə vahid nəhəng qalaktikaya çevriləcək. Bu prosesdə qalaktikaların mərkəzində superkütləvi "qara dəlik" əmələ gələcək. 

Tədqiqatçıların fikrincə, NGC 2207 və IC 2163 illər əvvəl bir-birinə yaxın keçib və indi qravitasiya qüvvələri ilə yenidən bir-birinə yaxınlaşır.

Bu qarşılıqlı təsir qalaktikalardakı qaz buludlarının sıxılmasına və yeni ulduzların doğulmasına səbəb olur. Habbl Teleskopundan ultrabənövşəyi işıq görüntülərində yeni doğulmuş ulduzların parıltısını mavi rənglərdə aydın görmək olar.

Qalaktikaların qarşılıqlı təsiri təkcə ulduz doğulmasını deyil, həm də güclü fövqəlnovaların partlayışlarını gətirir. Bu partlayışlar ətrafdakı qazı sıxaraq yeni ulduzlar yaradır və bu dövr kainatdakı ulduzların davamlı doğum və ölüm proseslərini təmsil edir.

James Webb Kosmik Teleskopunun orta infraqırmızı kamerası qalaktikalarda toz paylanmasını ətraflı şəkildə ortaya qoyur. Bu toz qalaktikalarda ulduz əmələ gəlməsinin başqa bir göstəricisi kimi seçilir. Qalaktikaların birləşmə prosesi kainatdakı dinamik strukturların və ulduzların həyat dövrlərinin mürəkkəbliyini anlamaq üçün mühüm pəncərə açır.

Rəhim

Chosen
61
valyuta.az

1Sources