EN

Elektrikli velosiped bomba kimi partladı: 19 yaşlı gənc həyatını itirdi

Türkiyənin Sarıyer rayonunda dəhşətli partlayış baş verib. Elektrikli velosipedin akkumulyatorunun bomba kimi partlaması nəticəsində bir gənc dünyasını dəyişib.

OXU24.COM xəbər verir ki, oktyabrın 24-ü 19 yaşlı Mehmet Gökay Odabaş elektrikli velosipedi ilə ətrafda dolaşdıqdan sonra evə qayıdıb.

Qayıtdan sonra velosipedini elektrik enerjisinə taxıb. Səhər saatlarında dolan akkumulyator qəfildən partlayıb.

Bu zaman yatan Odabaş qatı tüstüyə məruz qalaraq huşunu itirib. O, sağlamlıq qruplarının müdaxiləsindən sonra təcili yardımla xəstəxanaya aparılıb.

Təxminən bir həftə reanimasiyada qalan Odabaş bütün müdaxilələrə baxmayaraq ötən gün dünyasını dəyişib.

Onun orqanları ailəsi tərəfindən bağışlanıb.

Bizi Telegram-da izləyin

Chosen
6
2
oxu24.com

3Sources