EN

Marselo klubsuz qaldı

"Fluminense" klubu müdafiəçi Marselo ilə yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki, 36 yaşlı futbolçu ilə qarşılıqlı razılaşmə əsasında müqaviləsinə xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl braziliyalı futbolçu ilə klubun baş məşqçisi Mano Menezes arasında münaqişə olduğu məlum olub.

Bununla belə, klubun qeyd etdiyi kimi, klub və Marselo müqaviləyə xitam verildikdən sonra dost olaraq qalırlar.

Xatırladaq ki, Marselo futbol dünyasına “Real Madrid”in keçmiş müdafiəçisi kimi tanınır. O, “Fluminense”nin məzunudur, 2007-ci ildə “Los Blancos”a keçib və klubdan yalnız 2022-ci ildə ayrılıb. "Real Madrid"dəki karyerasından sonra "Olimpiakos"da və yenidən doğma klubunda oynayıb.

Chosen
43
90deqiqe.az

1Sources