EN

Nigeriyada antiterror əməliyyatında 200-ə yaxın silahlı zərərsizləşdirilib

Nigeriya ordusu bir həftə əvvəl başlayan anti-terror əməliyyatı zamanı azı 187 yaraqlını zərərsizləşdirib, daha 262 nəfəri əsir götürüb.

"Report"un məlumatına görə, bu barədə Nigeriya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi general-mayor Edvard Buba bildirib.

"Hərbi qulluqçularımız azı 187 terrorçunu öldürüb və daha 262 nəfəri əsir götürdü", - “Sinxua” agentliyi ondan sitat gətirib.

"Bunlar terrorçulara qarşı uğurlu hücumumuzun nəticəsidir”, - nümayəndə əlavə edib.

Habu Doqo kimi tanınan terrorçu lideri Əbubəkir İbrahim ölkənin şimal-qərbindəki Sokoto əyalətinin kəndlərindən birində yaxalanıb.

Doqo sərhədin hər iki tərəfində reydlər keçirərək Nigeriyada və qonşu Nigerdə ​​ən çox axtarılan şəxslərdən idi.

Ekspertlərin fikrincə, Nigeriya Silahlı Qüvvələrinin səyləri əsasən 2002-ci ildə ölkənin şimalında yaranmış terror təşkilatı “Boko Haram”la mübarizəyə yönəlib. 2015-ci ildə Nigeriya Silahlı Qüvvələri “Boko Haram”ı ağır məğlubiyyətə uğradıb və onun nəzarətində olan əraziləri xeyli azaldıb.

Chosen
93
2
far.az

9Sources