EN

Türkiyə “Birinci səviyyə nümunəvi ölkələr” arasında

 

  Birləşmiş Millətlər Təşkilatı (BMT) Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) Qlobal Kibertəhlükəsizlik İndeksinin son hesabatına görə, Türkiyə 194 ölkənin iştirak etdiyi qiymətləndirmə prosesində bütün kriteriyalardan tam bal alıb. Bu indeksə görə, Türkiyə 194 ölkənin iştirak etdiyi qiymətləndirmə prosesində “Birinci səviyyə nümunəvi ölkələr” arasında yer alıb.

  Qeyd edək ki, BMT İTU 2024-cü ildə sıralama strukturundan səviyyələndirmə strukturuna keçib. Ölkələr hüquqi tənzimləmə, texniki infrastruktur, təşkilati struktur, potensialın inkişafı və institutlararası əməkdaşlığa görə qiymətləndirilib və sıralanıb. Türkiyə bütün sahələr üzrə 20 tam bal toplayaraq nümunəvi ölkələr arasında ən yüksək pillədə qərarlaşıb.



Chosen
72
1
trt.net.tr

2Sources