Ukrayna hərbi əməliyyatların dayandırılması üçün şərt olaraq rus qoşunlarının ərazidən qeyd-şərtsiz çıxarılmasını israr edir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
“Şərt - Rusiya qoşunlarının Ukraynanın bütün ərazisindən tam və qeyd-şərtsiz çıxarılmasıdır”, - Yermak bildirib.
Yermak Kiyevin digər maraqlı tərəflərin maraqlarını da nəzərə almağa hazır olduğunu bildirib:
“Bu istiqamətdə istənilən irəliləyiş beynəlxalq hüquqa və ədalətə əsaslanmalıdır”.