EN

“Qələbə qazanmalıyıq, başqa yolumuz yoxdur” – Səs-küylü oyun barədə

12-ci turun ən prinsipial qarşılaşması bölgədə baş tutacaq.

Premyer Liqadakı yerini qorumağı hədəf seçən “Kəpəz” bu gün Tovuzda əsas rəqiblərindən olan “Səbail”i qəbul edəcək.

Son oyunlarda yaxşı mənada adından söz etdirən Gəncə təmsilçisi 3 xalla sonuncu pillədə qərarlaşıb. “Səbail” isə 7 xalla 9-cu yerdədir.

Bu, o deməkdir ki, “Kəpəz” qalib gələcəyi halda “Səbail”lə xal fərqini 1-ə endirəcək. Əksi yaşanarsa, “dənizçilər” xal sayını 10-a yüksəldib təhlükəli zonadan bir qədər uzaqlaşacaq.

Komandanın əsas hücumçusu Ayman Buali cəzalı olduğu üçün bu oyunda iştirak edə bilməyəcək. Buna baxmayaraq, mərakeşli Sportinfo.az-a verdiyi açıqlamada inamlı danışıb:

“Hər iki komanda üçün çətin oyun olacaq. Bu matçda qələbə qazanmalıyıq, başqa yolumuz yoxdur.

Xal baxımından onları yaxına buraxa bilmərik. Ona görə də 7 xalı artırmalıyıq.

Futbolda mümkünsüz heç nə yoxdur. Hər cür nəticə qeydə alına bilər.

Əminəm ki, meydanda hər şeyimizi qoysaq, istəyimizə çatacağıq. Komanda yoldaşlarımın çətin tapşırığın öhdəsindən gələcəyinə inanıram”.

Tovuz şəhər stadionunda baş tutacaq görüş saat 16:00-da başlayacaq.

HƏBİB

Chosen
37
sportinfo.az

1Sources