EN

Qazaxıstanda “Neo Nomad” yeni növ viza tətbiq edildi

 

  Qazaxıstanda “Neo Nomad” yeni növ viza tətbiq edilib ki, onunla səyahət edərək məsafədən işləyən - iş və istirahəti birləşdirən xarici turistlər üçün nəzərdə tutulub.

  Qazaxıstan Turizm və İdman Nazirliyinin mətbuat xidməti xəbər verir ki, yeni viza rejimi pandemiyadan sonra oxşar proqramları uğurla tətbiq etmiş 50-dən çox ölkənin beynəlxalq təcrübəsini nəzərə alır.

  “Neo Nomad” vizası almaq üçün əcnəbi vətəndaş Qazaxıstandan kənarda ən azı 3 min dollar sabit gəlir nümayiş etdirməlidir.

  Həmçinin əsas gəlir tələblərinə əlavə olaraq, əcnəbi ərizəçilərə tibbi sığorta və məhkəməyə düşməməsi haqqında arayış tələb olunacaq. Viza müxtəlif sahələrdə - proqramlaşdırma, marketinq və maliyyədən tutmuş konsaltinq, dizayn və elektron ticarətə qədər məsafədən işləyən turistlər üçün nəzərdə tutulub.

  Əcnəbi turistlər, eyni zamanda öz xarici şirkətlərində işləyərkən Qazaxıstanda bir ilədək qala biləcəklər. Bu, onlara həm ölkənin həyatına və mədəniyyətinə bələd olmağa imkan verəcək, həm də Qazaxıstana əlavə iqtisadi fayda gətirəcək.



Chosen
16
3
trt.net.tr

4Sources